Azərbaycanda ipoteka istiqrazlarına tələbat təklifi cüzi üstələyib
13 may, 2013 21:22
Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının altıncı emissiyasından 5 milyon manat yerləşdirib.
Hərraca 5 milyon manat həcmində istiqrazlar çıxarılıb, lakin tələbat təklifi 3,94 faiz üstələyib.
Sifarişlər iki investor tərəfindən 5,197 milyon manat həcmində təqdim edilib.
İstiqrazların tədavül müddəti 2022-ci il noyabrın 6-dəkdir.