Xəbərlər

Mübariz Qurbanlı: Müxalifət anlamalıdır ki, onların qatarı gedib
13 may, 2013 20:50

 

Milli Şura deyilən qurum da əvvəlkilər kimi gələcək, bir az mətbuatda hay-küy qaldıracaq, sonra yoxa çıxacaq. Bu barədə  Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

"Milli Şura deyilən qurum haqqında mənasız hay-küy qaldırırlar. Əvvəla, deyim ki, belə bir qurum yarandı-yaranmadı, bu, Azərbaycanın ictimai rəyinə heç bir təsir göstərməyəcək. Baxın, deyirlər ki, Milli Şura adı altında bir qurum elan edəcəyik. Yaranandan 5-10 gün sonra görəcəksiniz ki, bu, yalandan hay-küy idi. Bu hay-küyün arxasında heç nə dayanmır", - Qurbanlı bildirib.

Qurbanlı qeyd edib ki, bu müxalifətin hansı ad altında birləşməsinin Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur.

"İstəyir, adını milli şura qoysunlar, istəyir, milli birlik qoysunlar, el qoysunlar, istəyir, əvvəllər qoyduqları adları qoysunlar, bu da əvvəlkilər kimi gələcək, bir az mətbuatda hay-küy qaldıracaq, sonra yoxa çıxacaq", - Qurbanlı deyib.

O bildirib ki, bu müxalifətdə bir şeyi anlamırlar ki, əgər sizin sosial dayağınız yoxdursa və əhali tərəfindən müdafiə edilmirsinizsə, sizin hansı ad qoymağınızın heç bir əhəmiyyəti yoxdur. Anlamalıdırlar ki, onların qatarı gedib, onların hay-küylərinə heç kim inanmır və onların da arxasınca heç kim getməyəcək.

Hakimiyyətin Milli Şuranın yaranmasından narahatlığı barədə bəyanatlara toxunan Qurbanlı deyib ki, hakimiyyət üçün bu qurumun heç bir mənası yoxdur.

"Sizi inandırıram ki, bizim üçün onların hansı ad altında birləşməsinin heç bir əhəmiyyəti yoxdur. Biz onu yalnız mətbuatda görürük və buna yalnız jurnalistlər sual verəndə reaksiya veririk. Deyirlər, hakimiyyət bunun yaranmasından narahatdır. Nədən narahatdır? Niyə narahatdır?" - Qurbanlı deyib.

O bildirib ki, hakimiyyətin yürütdüyü siyasət bütün hallarda əksəriyyət tərəfindən müdafiə olunur, Prezident İlham Əliyevin reytinqi bu gün Azərbaycan cəmiyyətində ən yüksək səviyyədədir, beynəlxalq miqyasda aparıcı liderlərin sırasındadır.

"Biz niyə narahat olmalıyıq ki, kimlərsə birləşib hansısa ad altında nəsə quracaqlar. Qursunlar, yaratsınlar, seçkilərə də gəlsinlər, biz azad və demokratik ölkəyik və seçkilərdə də onlara sübut edəcəyik ki, biz onlardan qat-qat üstünük və cəmiyyət də Prezident İlham Əliyevin xəttini müdafiə edir", - Qurbanlı vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.