Xəbərlər

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri azalıb
13 may, 2013 20:36

 

2013-cü ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 5,0 faiz, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 8,7 faiz aşağı düşüb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,7 faiz, metal filizlərinin hasilatı üzrə 2,3 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,5 faiz bahalaşıb.

Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri əczaçılıq məhsullarının istehsalı üzrə 4,8 faiz, kimya sənayesi üzrə 3,0 faiz, geyim istehsalı üzrə 2,2 faiz, metallurgiya sənayesi üzrə 1,1 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,8 faiz, avtomobil və qoşquların istehsalı üzrə 0,2 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə isə 0,1 faiz bahalaşıb.

Maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 7,0 faiz, tütün məmulatlarının istehsalı üzrə 6,4 faiz, kağız və karton istehsalı üzrə 6,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 5,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 4,0 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,5 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 1,3 faiz, toxuculuq sənayesi üzrə 1,2 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 1,1 faiz, qida məhsullarının istehsalı üzrə 1,0 faiz, neft məhsullarının istehsalı üzrə 0,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı və həmçinin, mebel istehsalı üzrə isə 0,1 faiz ucuzlaşıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.