Xəbərlər

Oqtay Şirəliyev: Artıq heç kim xahişlə, tanışlıqla işə qəbul olunduğunu iddia edə bilməyəcək
13 may, 2013 20:31

 

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev regionlardakı baş həkimləri vakant yerlərə işə qəbul olmaq istəyənlər üçün süni maneələr yaratmaqda günahlandırıb.

Bazar ertəsi Səhiyyə Nazirliyinin rəsmi mətbu orqanı olan "Tibb" qəzetinə istinadən verdiyi məlumata görə, nazir Oqtay Şirəliyev mərkəzləşdirilmiş qaydada işə qəbul olan gənc həkimlərlə görüşərkən bildirib ki, regionlarda fəaliyyət göstərən tibb müəssisələrində xeyli sayda boş iş yerləri olub. Ancaq müxtəlif səbəblər bəhanə gətirilərək həmin vakant yerlərə illərlə işçi qəbul edilməyib: "Baş həkimlər bizə həmin vakansiyalar üzrə işləmək istəyən mütəxəssislərin olmadığını deyirdilər. Amma biz indi görürük ki, işləmək istəyənlər var imiş. Sadəcə olaraq, həmin şəxslər müəyyən tələblər və ya süni maneələrlə işə qəbul edilmirdilər. Artıq illərlə boş qalan vakant yerlərdə həkimlər çalışacaqlar".

Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunu səhiyyədə kadr siyasəti sahəsində çox önəmli hadisə sayan nazirin sözlərinə görə, səhiyyə sahəsində ən savadlı, bacarıqlı mütəxəssislərin çalışmasını istəyirlər.

Şirəliyev qeyd edib ki, əsas məqsəd hər bir namizədin bilik və peşə qabiliyyətinin, ümumi dünyagörüşünün, tibb müəssisələrində işləmək bacarığının səviyyəsini düzgün müəyyənləşdirmək, bu sahədə şəffaflığı təmin etməkdir: "Bütün çətinliklərdən keçərək, nəhayət ki, istəyimizə nail oluruq. Bu mərhələyə gəlib çatmaq həqiqətən də asan məsələ deyildi. Artıq heç kim xahişlə, tanışlıqla, digər arzuolunmaz üsul və vasitələrlə işə qəbul olunduğunu iddia edə bilməyəcək".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.