Xəbərlər

Qafqaz Albaniyası ilə bağlı Dövlət Proqramı baxılması üçün müvafiq orqanlara göndəriləcək
13 may, 2013 20:25

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı"nın layihəsi müzakirə edilib.

Bazar ertəsi nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə Azərbaycan Prezidentinin göstərişinə müvafiq olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildən etibarən Dövlət Proqramının layihəsi üzərində hazırlıq işlərinə başlanıldığı və ümumilikdə 30-dan çox mərkəzi və yerli icra hakimiyyəti orqanından, 10-dək elmi institut və universitetdən təkliflərin qəbul edildiyi bildirilib.

Proqram layihəsinin elmi müzakirəsinə həsr olunmuş görüşdə proqram layihəsi məqbul hesab edilib. Layihənin dəyişikliklərdən sonra razılaşdırılması üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göndərilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında mədəni irsin qorunması və səmərəli idarə edilməsi ölkənin prioritet inkişaf istiqamətlərindən biri kimi müəyyən edilib və 2013-2016-cı illəri əhatə edən "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı"nın qəbul edilməsinin vacibliyi qeyd olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.