Azərbaycan yığması IV yeri tutub
13 may, 2013 20:24
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması IV yeri tutub.
AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, III yer uğrunda oyunda yığmamız Litva komandası ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə litvalı futbolçuların xeyrinə başa çatıb.