Xəbərlər

AYİB və Azərbaycanda iri mebel istehsalçısı arasında kredit sazişi imzalanıb
13 may, 2013 20:18

 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iri mebel istehsalçısı "Embawood" şirkəti ilə kredit sazişi imzalayıb.Bazar ertəsi AYİB-in Bakı nümayəndəliyinin yaydığı məlumata istinadən xəbər verir ki, saziş şirkətin istehsal sahələrinin təkmilləşdirilməsinə 12 milyon dollar həcmində kreditin ayrılmasını nəzərdə tutur.

"AYİB-in kredit vəsaiti şirkətin bütün müəssisələrində yüksək standartların təmin edilməsi məqsədi ilə keyfiyyət nəzarəti sisteminin tətbiqinə ayrılacaq. Kreditin bir hissəsi fəaliyyətdə olan üç istehsalat müəssisəsində enerji səmərəliliyinin artırılmasına hesablanıb", - məlumatda deyilir.

AYİB-in kreditinə əlavə olaraq, erkən keçid mərhələsində olan ölkələr üçün Enerji Səmərəliliyi və Təşəbbüslər üzrə Regional Proqram ilə texniki əməkdaşlıq fondlarından 120 min avro həcmində vəsait ayrılıb.

"Biz şirkətin fəaliyyətinin daha da möhkəmləndirilməsinə yardım göstərmək məqsədilə "Embawood" ilə əməkdaşlığın genişləndirilməsinə hazırıq. Xüsusilə, müəssisənin fəaliyyətinin və keyfiyyətə nəzarətin təkmilləşdirilməsi vasitəsilə enerjinin istifadə edilməsində səmərəliliyin artırılması istiqamətində şirkətin səyləri xüsusilə təqdirəlayiqdir", - imzalanma mərasimində AYİB-in Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə icraçı direktoru Olivye Deskamps deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.