Xəbərlər

Azərbaycanda danışıq lüğəti hazırlanarkən hansı təbəqənin danışığı əsas götürüləcək?
13 may, 2013 20:17

 

Azərbaycanda şifahi danışıq dilini tənzimləmək məqsədilə ilk dəfə hazırlanacaq danışıq lüğəti tərtib edilərkən ziyalıların danışdığı dil əsas götürüləcək.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli bildirib.

Onun sözlərinə görə, hazırda danışıq lüğətinin, yəni Azərbaycan dilinin orfofonik lüğətinin hazırlanması üçün işlər aparılır və bunun üçün işçi qrup yaradılıb.

Bu lüğətin cox mükəmməl olacağını deyən F.Veysəlli bildirib ki, həmin lüğətin kitab, ədəbiyyat dilinə söykənməsi nəzərdə tutulmur. Lüğət sırf danışıq dilinə uyğun olacaq:

"Artıq bunun üçün müəyyən avadanılıqlar alınıb. Danışıq sözlərinin öyrənilməsi üçün əməkdaşlarımız xalqın içinə, məsələn, metro stansiyalarına, universitetlərə, tədbirlərə göndərilirlər. Onlar danışığın yazıldığı lent yazını götürüb gətirirlər və təhlil edirlər. Sonda ümumi məxrəcə gəlmək üçün birgə müzakirələr aparılır".

F.Veysəlli qeyd edib ki, ictimai-siyasi və mədəni fəalllıq daha cox paytaxtdadır. Ona görə də danışıq lüğəti hazırlanarkən bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da paytaxt dili əsas götürüləcək. Ancaq bu, Bakının qəsəbələrindən, məsələn, Buzovnada, Maştağada danışılan ləhcənin danışıq lüğətinə daxil edilməsi demək deyil. Lüğət hazırlanarkən ziyalıların işlətdiyi dil əsas götürüləcək.

Danışıq dilinin neytral dil olmasını vacib sayan direktor əvəzi qeyd edib ki, lüğətdəki danışıq dili dialektlərdən uzaq, bütün millətin başa düşə biləcəyi bir dil olmalıdır.

F.Veysəllinin sözlərinə görə, Azərbaycan dilində bəzi sözlər danışıq zamanı müxtəlif formada işlədilir. Buna görə də statistik hesablamalar əsasında belə sözlərdən dildə daha cox işlədiləni lüğətə salınmaq üçün əsas götürüləcək.

İnstututun direktor əvəzi bildirib ki, lüğətin 2-3 il ərzində hazır olacağı gözlənilir. Onun fikrincə, ancaq bu lüğəti öz iradələrinin nəticəsi kimi camaata təqdim edə bilməzlər. Ona görə də lüğət hazır olduqdan sonra müxtılif qurumlarda geniş müzakirə edilməlidir. Lüğət çap edildikdən sonra dövlət səviyyəsində Azərbaycan dilinin danışıq formasının bu lüğətdə olduğu kimi olmasını təsbit edən xüsusi qərarın veriləcəyi gözlənilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.