Xəbərlər

Azərbaycan və Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
13 may, 2013 20:07

Bu gün gənclər və idman naziri Azad Rəhimov Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə iş naziri Levan Kipiani ilə görüşüb.

Görüşdə Azad Rəhimov ona ölkəmizdə dövlətin gənclər siyasəti və idmanın inkişafı yönündə görülən işlər barədə məlumat verib.

Rəhimov iki qonşu ölkə arasında həm bədən tərbiyəsi və idman, həm də gənclər sahəsində əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərhədyanı rayonlarda gənclərin iştirakı ilə birgə tədbirlərin təşkili ənənəsinin bərpası bu baxımdan daha faydalı ola bilər.

Qonağa "Univiziya" tələbə musiqi yarışması barədə məlumat verən nazir bu yarışın beynəlxalq status alacağını və hələlik 30-40 ölkədən təmsilçilərin iştirakının nəzərdə tutulduğunu qeyd edib.

Azərbaycanda idmanın maddi-texniki bazasının ilbəil genişləndiyini qeyd edən nazir Azad Rəhimov hazırda ölkəmizdə 36 Olimpiya İdman Kompleksinin istifadəyə verildiyini və bu prosesin davam etdiyini bildirib.

Səmimi qəbula və ölkəmizdə gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən gürcü nazir Azərbaycanla əməkdaşlığın Gürcüstan üçün əhəmiyyətli olduğunu bildirib. Levan Kipiani bir çox idman növləri üzrə birgə təlim-məşqlərin, eləcə də birgə yarışların təşkilinin də əhəmiyyətli ola biləcəyini qeyd edib.

Xatırladaq ki, səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında mövcud sazişlərin müddəalarının həyata keçirilməsi sahəsində əlaqələrin indiki vəziyyətini, onların genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etməkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.