Xəbərlər

Brüsseldə Heydər Əliyevin 90 illiyinə həsr edilmiş poçt markasının təqdimat mərasimi keçirilib
12 may, 2013 20:17

 

Mayın 11-də Brüsseldə Belçika Poçt Təşkilatı (Bpost) tərəfindən nəşr edilmiş Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.Mərasimdə səfirliyin və NATO yanında nümayəndəliyimizin kollektivləri ilə yanaşı, Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, "Ana vətən" Azərbaycanlı Qadınlar Birliyinin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov Ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolunu xatırlayaraq, məhz Onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində ölkəmizin bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb.

Səfir Fuad İsgəndərov Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərin ölkəmizin yenicə əldə etdiyi müstəqilliyinin möhkəmləndirilməsi və dövlətimizin hərtərəfli inkişaf konsepsiyasının işlənib hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu qeyd edib və hər bir azərbaycanlının qəlbində iz buraxdığına əmin olduğunu bildirib.

Səfir Belçikada nəşr edilmiş poçt markalarının Ulu öndərimizin Azərbaycan dövlətçiliyi naminə fəaliyyətinin Avropa məkanında əbədiləşməsinə xidmət edəcəyini və bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin heç bir zaman unudulmayacağını vurğulayaraq, Onun əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını qeyd edib.

"Ana vətən" Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisa Ağamirzəyevə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında rolunun danılmaz olduğunu vurğulayaraq, Heydər Əliyev irsinin əbədi olacağına əminliyini bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.