Xəbərlər

"Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda yaradıcılıq müsabiqəsi başa çatıb
11 may, 2013 20:09

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, bu tədbirlərdən olan və İqtisadi İnkişaf Nazirliyinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı KİV nümayəndələri arasında təşkil etdiyi "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda yaradıcılıq müsabiqəsinə mayın 11-də yekun vurulmuşdur. Bununla əlaqədar Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti qurumlarının, Azərbaycan Mətbuat Şurasının əməkdaşları və KİV nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən Bakı Biznes Mərkəzinin təşkilati, Azərbaycan İnvestisiya Şirkətinin və "Azərlotereya" ASC-nin maliyyə dəstəyi ilə təşkil olunmuş müsabiqəyə ümumilikdə müxtəlif qəzet, sayt və agentliklərdə yerləşdirilmiş 28 məqalə və televiziya süjetləri təqdim edilmişdir.

Müsabiqənin yekunları ilə bağlı keçirilmiş tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev çıxış edərək müasir Azərbaycanın memarı Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi tərəfindən Bakıda və regionlarda müxtəlif tədbirlər, konfranslar, sahibkarlar üçün Heydər Əliyev dərsləri, yaşıllaşdırma aksiyası, şahmat və futbol turnirləri keçirilmiş, KİV nümayəndələri arasında "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunmuşdur. Müsabiqəyə təqdim edilmiş məqalə və süjetlər İqtisadi İnkişaf Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir.

Tədbirdə qaliblər elan olunmuş, onlara diplomlar və pul mükafatları təqdim olunmuşdur. Ümumiyyətlə isə bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunmuş, onlara pul mükafatları təqdim edilmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.