Xəbərlər

İran Prezidentinin mətbuat üzrə müşaviri prezidentliyə namizədliyini irəli sürüb
11 may, 2013 19:51

 

İran Prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfekr prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "Iribnews" məlumat verir.

Əli Əkbər Cavanfekr İran Prezidentinin mətbuat üzrə müşaviridir. IRNA dövlət informasiya agentliyinin sabiq direktoru Cavanfekr 2012-ci ilin sentyabr ayında İslam normaları və insan dəyərlərinə zidd, habelə İranın ali lideri ayətullah Əli Xamneyini təhqir edən materialları dərc etdiyinə görə həbs edilmişdi. Ona bir il şərti cəza verilmişdi. O, həmçinin 5 il müddətinə bəzi ictimai işlərdə iştirakdan məhrum edilmişdi. Sonra isə ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilinmədi və bəraət aldı.

Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə prezident seçkilərində iştirak etmək istəyən namizədlərin rəsmi qeydiyyatdan keçirilməsinə başlanılıb. Qeydiyyat prosesi bu gün yekunlaşır.

İndiyədək prezident seçkilərində iştirak etmək üçün 366 namizəd qeydiyyatdan keçib. Onlardan 12-si qadındır.

İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək. Ölkədə prezident 4 il müddətinə seçilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.