Xəbərlər

Bank Technique" Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbirlərə başlayıb
10 may, 2013 22:31

 

"Bank Technique" ASC ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirləri davam etdirir.

"Bank Technique"dən cümə günü verilən məlumata görə, bu dəfə bank öz əməkdaşları arasında şahmat turnirinə start verib. 3 saylı Bakı şəhər şahmat məktəbində keçiriləcək turnir 6 turdan ibarət olacaq.

Qeyd edək ki, "Bank Technique" tərəfindən keçirilən və ümummilli liderin 90 illik yubileyinə həsr olunan mini-futbol çempionatında isə qrup oyunları davam edir. Çempionatda bankın baş ofis və filiallarının əməkdaşlarından təşkil olunan 10 komanda iştirak edir. 5 həftə daha davam edəcək çempionatda 24 qarşılaşma olacaq. Çempionatın şərtlərinə görə, 10 komanda 2 qrupa bölünür və hər qrupdan 2 komanda yarımfinala vəsiqə qazanır. Vəsiqəni qazanan 4 komanda arasında püşkatma yolu ilə yarımfinal iştirakçıları seçilir.

Oyunlar həftədə 4 oyun olmaqla, şənbə və bazar günləri Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Xəlilov küçəsində yerləşən stadionda keçirilir. 4 may tarixində start götürən çempionata iyunun 9-da yekun vurulacaq.

Ümummilli liderin 90 illik yubileyi Kanadanın Toronto şəhərində də qeyd ediləcək. Bank 26 may tarixində Toronto şəhərindəki Kral Musiqi Konservatoriyasında Mədəniyyət və Turizm Nazirliyinin keçirəcəyi Niaqara İpək Yolu kamera orkestrinin konsertinə də təşkilati dəstək göstərir. Qeyd edək ki, konsertdə İsmayıl Hacıyevin rəhbərliyi ilə Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, V.Mustafazadə, F.Əlizadə, İ.Hacıyev, K.Əkbərovun əsərləri səsləndiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.