Xəbərlər

"Excelsior Hotel Baku" yeni xidmətə başlayır
10 may, 2013 22:25

 

Daim öz müştərilərinin rahatlığını düşünən "Excelsior Hotel Baku" hoteli qonaqlarına yeni bir xidmət təklif edir.

"Ata Holding"dən cümə günü  verilən məlumata görə, qonaqların və iştirakçıların hoteldə keçirilən tədbirlərə rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus istifadəyə verilib. "Mercedes" sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətində olacaq. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında "Excelsior Hotel Baku" hotelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından "Excelsior Hotel Baku" hotelinə aparacaq. Xidmət ödənişsizdir, hotelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Bu marşrut isti yay günlərində yalnız qonaqlara deyil, həmçinin "Aura" Sağlamlıq Mərkəzinin xidmətlərindən istifadə edən qonaqları və xüsusilə qadınlar üçün rahatlıq yaradır. Xüsusilə, hər zaman gözəl görünməyə və sağlam olmağa çalışan qadınlarımız üçün fitnes üzrə xüsusi təkliflər hazlrlanıb. Qadınlar üçün xüsusi təklif həftə içi səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edir. Təklifə fitnes mərkəzindən, açıq və qapalı hovuzdan, sauna, buxar və cakkuzidən istifadə daxildir. Həmçinin, qonaqlar skvoş və açıq havada tennis və oynaya bilərlər. Qadınlar üçün bir aylıq abunə 260 AZN, 3 aylıq abunə 750 AZN və 1 illik abunə 1175 AZN təşkil edir.

"Excelsior Hotel Baku" hotelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Qeyd edək ki, "Excelsior Hotel Baku" hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları, biznes mərkəzləri, restoranlar, "Aura" Sağlamlıq Mərkəzindən və s. ibarətdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.