Xəbərlər

Dmitri Savelyev: Azərbaycan Böyük Vətən Müharibəsində qələbəyə misilsiz töhfə verib
09 may, 2013 19:27

 

Azərbaycan Böyük Vətən Müharibəsində faşizm üzərində qələbəyə çox qiymətli töhfə verib. Bunu cümə axşamı jurnalistlərə Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev deyib.

Savelyev qeyd edib ki, keçmiş sovet məkanında yaşayan xalqlar indiyədək birdirlər və gələcəkdə də belə olacaq.

O bildirib ki, sovet xalqı müharibə illərində ağır itkilərə məruz qalıb və Azərbaycan nefti faşizm üzərində qələbəyə çox qiymətli töhfə verib.

Savelyevin sözlərinə görə, hazırda Bakı keçmiş sovet məkanındakı gözəl şəhərlərdən biridir və buraya gələndə vəhdəti hiss etmək mümkündür.

O, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun aktiv fəaliyyətini xüsusilə qeyd edib.

"Bu qrup fəal işləyir, mütəmadi qarşılıqlı görüşlər keçirilir, təcrübə mübadiləsi aparılır və biz inkişaf və inteqrasiya məsələləri üzrə gələcək addımları planlaşdırırıq, çünki qardaş xalqlarıq və bunu unutmaq olmaz", - Savelyev vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.