Xəbərlər

Sergey Markov: Azərbaycanın təşəkkülündə vacib rol oynamış Heydər Əliyev çox müdrik lider idi
09 may, 2013 19:25

 

Azərbaycanın təşəkkül tapmasında vacib rol oynamış ümummilli lider Heydər Əliyev çox müdrik lider idi.  Bunu cümə axşamı Rusiya İctimai Palatasının üzvü, Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Plexanov adına Universitetin prorektoru Sergey Markov bildirib.

Onun sözlərinə görə, vətəndaş müharibəsilə parçalanan Azərbaycan Heydər Əliyev və İlham Əliyevin rəhbərliyi dövründə müasir iqtisadi və siyasi sistem qurmağa və xalqın birləşməsinə nail ola bildi.

Markov qeyd edib ki, Heydər Əliyev sözün əsl mənasında müdrik insan, bir çox rəhbərlər üçün nümunəvi şəxs olub.

"Qarşıdakı prezident seçkilərində İlham Əliyevə qələbə qazanmağı arzu edirik. Əminəm ki, İlham Əliyev Azərbaycan vətəndaşlarının əksəriyyətinin dəstəyini qazanacaq. Azərbaycan çiçəklənib və hazırda sovet hakimiyyəti dövründəkindən daha yaxşı yaşayan yeganə keçmiş sovet ölkəsidir", - o qeyd edib.

Markov, həmçinin Azərbaycanın Böyük Vətən Müharibəsində əldə edilən qələbəyə verdiyi töhfəsini qiymətləndirib və Azərbaycan xalqına göstərdiyi fədakarlığa görə təşəkkür edib.

Rusiya İctimai Palatasının üzvü, Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Plexanov adına Universitetin prorektoru Sergey Markovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri faşizm üzərində qələbənin 68-ci ildönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edərək onun önünə əklil qoyublar.

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.