Xəbərlər

13 marşrut üzrə keçiriləcək hərbi yürüşlə bağlı Bakının əsas yolları avtomobillərin hərəkəti üçün bağlı olacaq
09 may, 2013 19:24

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar mayın 10-da Müdafiə Nazirliyinin nizamlı bölmələri Bakının müxtəlif küçə və prospektləri boyu 13 marşrut üzrə hərbi yürüş keçirəcək.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov  bildirib ki, bununla bağlı mayın 10-da saat 12:00-dan başlayaraq tədbirlər tam başa çatanadək paytaxtın mərkəzi küçə və prospektləri, Biləcəri, Lökbatan və Binəqədi qəsəbələri, Xətai rayonu ərazisindəki "Ukrayna" dairəsi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısındakı yol avtomobillərin hərəkəti üçün bağlı olacaq.

Hərbi yürüşün birinci marşrutu Bəhram Gur heykəlinin qarşısından başlayaraq Neftçilər prospekti boyu Azadlıq Meydanı üzrə olacaq. İkinci marşrut Şəfayət Mehdiyev küçəsi ("Salyan kazarması"nın yanından başlayaraq), Hüseyn Cavid, Parlament prospektləri, Mehdi Hüseyn küçəsi, Nərimanov, İnşaatçılar prospektləri, Mərkəzi statistika Dairəsi, Haqverdiyev küçəsi üzrə olacaq.

Ücüncü hərbi yürüş akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısındakı yol, dördüncü marşrut Səməd Vurğun küçəsi, beşinci Biləcəri qəsəbəsi, altıncı "Ukrayna" dairəsi, yeddinci Lökbətan qəsəbəsi, səkkizinci Binəqədi qəsəbəsi və digər küçə və pospektlərdə olacaq.

Keçirilən bu tədbirlərlə bağlı Bakı yol polisi mayın 10-nu "Avtomobilsiz bir gün" devizi elan edir və vətəndaşlardan şəxsi avtomobillərindən istifadə etməməyi xahiş edir.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.