Xəbərlər

Bu gün "Neftçi" çempionluğunu rəsmiləşdirə bilər
09 may, 2013 19:17

 

Bu gün Premyer Liqada 30-cu turun növbəti oyunları keçiriləcək.

 Bu gün baş tutacaq hər üç qarşılaşma ilk "altılıq" komandaları arasında keçiriləcək.

İlk oyunda "Bakı" "Qəbələ" ilə üz-üzə gələcək. Hər iki komandanın artıq heç bir iddiası olmadığından oyunu formal xarakterli adlandırmaq olar.

Digər oyunda "İnter" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Turnir cədvəlinin ikinci və üçüncü pillələrində yerləşən bu komandaların qarşılaşması böyük əhəmiyyət kəsb edir. Çünki "İnter" rəqibindən bir xal geridədir və qalib gələcəyi halda ikinci pilləyə yüksələcək. "Qarabağ" qalib gələcəyi halda isə, ən azı ikinci pillədəki mövqeyini möhkəmləndirmiş olacaq.

Günün son oyununda lider "Neftçi" "Simurq"u qəbul edəcək. Bu qarşılaşmaya maraq daha böyükdür. Belə ki, "Neftçi" bu turda, sona iki tur qalmış çempion adını qazana bilər. Bunun üçün "Neftçi" qalib gəlməli, "Qarabağ" isə xal itirməlidir.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.