Xəbərlər

"Bakı dünən, bu gün, sabah" respublika sərgi-müsabiqəsinin yekun sərgisi keçiriləcək
08 may, 2013 21:17

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Xətai" Sənət Mərkəzi ilə birlikdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Bakı dünən, bu gün, sabah" respublika sərgi-müsabiqəsinin yekun sərgisi keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, sərginin açılışı 2013-cü il may ayının 10-da saat 15:00-da Muzey Mərkəzində təşkil olunacaq.

"Bakı dünən, bu gün və sabah" respublika sərgi-müsabiqəsi 2012-ci il oktyabr ayının 9-dan 2013-cü il aprel ayının 15-dək elan olunub. Müsabiqəyə təqdim olunmuş əsərlər ölkə paytaxtının tarixi keçmişini, bu gününü və gələcək inkişaf perspektivlərini əks etdirir.

12 mövzu üzrə əsərlərin təqdim olunduğu "Bakı dünən, bu gün və sabah" respublika sərgi-müsabiqəsi Bakı şəhərinin tarixi keçmişini, bu gününü və gələcək inkişaf perspektivlərini əks etdirən, yüksək sənət tələblərinə uyğun, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən yeni incəsənət əsərlərinin yaradılması məqsədi ilə keçirilir.

Sərgidə 70-dək rəssamın 100-ə yaxın rəngkarlıq, qrafika və kiçik həcmli heykəltəraşlıq əsərləri nümayiş olunur.

Sərgi 2013-cü il may ayının 17-dək davam edəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.