Xəbərlər

Bidzina İvanişvili: Gürcüstan və Azərbaycanı qədim tarixə malik mədəni əlaqələr birləşdirir
08 may, 2013 21:12

 

Tbilisinin qədim hissəsində Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin ev-muzeyinin yenidənqurmadan sonra açılışı olub. Açılış mərasimində Gürcüstanın Baş naziri Bidzina İvanişvili, mədəniyyət naziri Quram Odişariya, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər vəzifəli şəxslər iştirak ediblər.

Ev-muzey ARDNŞ-nin yardımı ilə yenidən qurulub.

İvanişvili bəyan edib ki, Gürcüstan və Azərbaycanı qədim tarixə malik böyük mədəni əlaqələr birləşdirir.

"Mirzə Fətəli Axundzadə dünya şöhrətli pyeslərini Tbilisidə yazırdı və dərhal bu pyesləri səhnələşdirirdilər. Həmin vaxt Tbilisi Qafqazın mərkəzi idi və burada azərbaycanlı qardaşlarımızın fəal iştirak etdiyi çoşqun mədəni həyat yaşanırdı", - o qeyd edib.

Mədəniyyət naziri Odişariya deyib ki, Axundzadə Tbilisiyə 21 yaşında gəlib və bütün şüurlu həyatını ölməz əsərlər yaradaraq burada keçirib.

Ev-muzeyi ziyarət etməzdən əvvəl hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri Tbilisi Nəbatat bağında Mirzə Fətəli Axundzadənin məzarını ziyarət yad ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.