Xəbərlər

Azərbaycan və Cənubi Afrika Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib
08 may, 2013 21:11

 

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan və Cənubi Afrika Respublikası (CAR) Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, CAR nümayəndə heyətinə isə bu ölkənin beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Marius Llevelin Fransman başçılıq edib.

XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, CAR nümayəndə heyətini salamlayan nazir müavini Xələf Xələfov, Azərbaycanın xarici siyasətinin çoxşaxəli olduğunu qarşı tərəfin diqqətinə çatdırmış və ölkəmizin CAR-la əməkdaşlığın dərinləşməsinə böyük önəm verdiyini bildirmişdir. Həmçinin, nazir müavini sözügedən səfərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə etmişdir. Eyni zamanda, Xələfov ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirmiş və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın artırılmasının zəruriliyini vurğulamışdır.

CAR rəsmisi qəbula görə təşəkkür etmiş və ölkəmizdə olduğundan məmnunluq ifadə etmişdir. Marius Llevelin Fransman Azərbaycanda gedən inkişaf prosesinin onda xoş təəssüratlar yaratdığını qeyd etmiş və ölkəsinin Azərbaycanla bir çox sahələrdə, xüsusilə təhsil, səhiyyə, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləmişdir. Həmçinin, CAR rəsmisi Azərbaycanın neft sahəsində təcrübəsinin öyrənilməsinə zərurət olduğunu söyləmişdir.

Nazir müavini Xələf Xələfov iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin zəruriliyini qeyd edərək, enerji, təhsil, humanitar, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışmışdır. Məlumat mübadiləsinin aparılmasının önəmini qeyd edən Azərbaycanın nazir müavini, ölkəmizdə keçirilən sərgi və konfranslarda CAR təmsilçilərinin iştirakının vacibliyini vurğulamışdır.

Azərbaycanda gedən dinamik inkişafdan danışan Xələf Xələfov, ölkəmizin regionun aparıcı ölkəsi olduğunu qeyd etmişdir. Regionda davamlı stabillik və inkişafın təmin olunması üçün əsas maneə kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərmişdir. Ölkəmizin ərazisinin 20% Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, beynəlxalq təşkilatlar tərəfindən göstərilən səylərə, qəbul edilmiş qətnamə və qərarlara baxmayaraq, bu günədək münaqişənin həll olunmamış qalması qarşı tərəfin diqqətinə çatdırılmışdır. Həmçinin, Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin münaqişənin sülh yolu ilə həll olunmasına əsas əngəl olduğu vurğulanmışdır.

CAR rəsmisi Azərbaycanın ərazi bölüvlüyünü dəstəklədiklərini, işğal faktının qəbuledilməz olduğunu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrin icra olunmasının əhəmiyyətini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.