Xəbərlər

"Unibank" kreditlərin ödəniş mexanizmini sadələşdirib
08 may, 2013 21:09

 

Unibank" müştəriləri kreditlərini bank filiallarına gəlmədən ödəyə bilirlər. "Unibank"dan çərşənbə günü verilən məlumata görə, bank öz müştərilərinə kredit ödənişlərini onlayn, mobil əlavələrin və eləcə də bankomatlar və cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb.

Kreditin onlayn ödənişi

Artıq "Unibank" müştəriləri banka gəlmədən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi sistemindən istifadə edərək, bankda olan hər hansı kreditini ödəyə bilirlər. Ödəniş mexanizmi çox sadədir. Müştəri saytın onlayn ödəniş bölməsi hissəsinə daxil olaraq, şəxsiyyət vəsiqəsinin PIN kodunu və müqavilənin nömrəsini daxil edir və GÖSTƏR düyməsini basır. Müqavilə nömrəsi həm ödəniş planında və həm də müştəriyə təqdim edilən müqavilədə əks olunur.

Növbəti səhifədə müştərinin Bankda olan bütün kredit borcları göstərilir. Müştəri ödəmək istədiyi kreditin yanındakı ÖDƏ düyməsini aktivləşdirir. Bundan sonra ödəniş səhifəsində ödəmək istədiyi məbləği və plastik kartın detallarını daxil edərək kreditni ödəmiş olur. Ödənişin təsdiqi barədə müştəriyə təşəkkür mesajı göstərilir və telefonuna qısa mesaj göndərilir.

Bankomatdan kredit ödənişi

Ölkə bankları içərisində "Unibank" ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata daxil edərək, Unibankda olan kredit ödənişlərini həyata keçirə bilir. Bu xidmətin qarşılığında isə heç bir əlavə ödəniş etmir.

Mobil əlavələrin köməyi ilə ödəniş

iPhone sahibləri də kreditlərini banka gəlmədən, istədikləri yerdə ödəyə bilirlər. Bunun üçün "İnfoUnibank" mobil əlavəsini telefona yükləmək kifayətdir.

"Unibank", müvafiq proqrama malik "Android" platformasında olan smartfon və planşet sahibləri üçün də kredit ödənişini mümkün edib.

Сash-in aparatlarından ödəmə

"Unibank"ın Cash-in aparatlarının köməyi ilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.