Xəbərlər

Daxili işlər orqanlarına işə qəbulla əlaqədar sənəd qəbulunun vaxtı uzadıldı
08 may, 2013 21:04

 

Azərbaycan Daxili İşlər Nazirliyi respublikanın rayon polis orqanlarında əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən şəxslərin ərizə və sənədlərinin qəbulunu 2013-cü ilin iyun ayının 1-dək davam etdirir.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquqşünas ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, subay, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün vətəndaşlar şənbə və bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək yaşayış yeri üzrə ərazi polis idarə və şöbələrinə müraciət edərək ərizəni, şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomun əslini və hərbi bileti şəxsən təqdim etməlidirlər.

Əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, (012) 590-91-47, (012) 590-92-54 nömrəli telefonlar vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.