Xəbərlər

"Vergilər" bilik müsabiqəsi keçirilib
08 may, 2013 21:03

 

May ayının 8-də vergilərlə bağlı biliklərin mənimsənilməsində yüksək nailiyyətlər əldə etmiş şagirdlərin stimullaşdırılması məqsədilə Yasamal rayonu 225 saylı orta məktəbdə Bakı şəhərinin əhatə dairəsində yerləşən 11 rayonun şagirdləri arasında "Vergilər" bilik müsabiqəsi keçirilmişdir. Müsabiqədə 3 yaş qrupuna aid 3-5, 6-8 və 9-11-ci siniflərdə təhsil alan 60-a yaxın məktəbin 59 şagirdi iştirak etmişdir.

Hər il ənənəvi olaraq Bakı şəhəri Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət İdarəsi tərəfindən keçirilən bilik müsabiqəsi "Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı" və "Vergilər" tədris vəsaitinin şagirdlər tərəfindən mənimsənilməsi səviyyəsini öyrənmək, həmçinin şagirdlərin bu fənn üzrə maraqlarını artırmaq məqsədi daşıyır. Hazırda respublikanın 50-dən artıq rayonunda vergilərə dair metodiki kabinet fəaliyyətə göstərir.

Test imtahanı ilə keçirilən müsabiqə yekunlaşdıqdan sonra qaliblər müəyyən edilmiş və müvafiq yaş qrupları və siniflər üzrə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Tədbirdə Bakı şəhəri Vergilər Departamentinin və Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndələri iştirak etmişlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.