Xəbərlər

"Heydər Əliyev" zirvəsinə yürüş uğurla başa çatıb
08 may, 2013 20:57

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Penitensiar xidmətin əməkdaşlarının "Heydər Əliyev" zirvəsinə yürüşü müvəffəqiyyətlə başa çatıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun xüsusi göstərişinə əsasən Penitensiar xidmətin şəxsi heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Şahdağ Milli Parkı ərazisində yerləşən "Heydər Əliyev" zirvəsinə təşkil edilən yürüşdə Ədliyyə Nazirliyini təmsil ediblər.

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin dəstəyi, Hava və Ekstremal idman növləri Federasiyasının rəhbərliyi ilə təşkil olunan yürüşdə Penitensiar xidmətin Mühafizə alayının əməkdaşları - ədliyyə mayoru Ceyhun Hüseynov, ədliyyə leytenantı Həsən Qurbanov, baş çavuş Rasim Hacıyev, baş Cavuş Cövhər Əliyev, kiçik çavuş Elçin Səfərov və 6 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı ədliyyə leytenantı Şəfəq Əmrahova iştirak ediblər. mayın 6-da Penitensiar xidmətin Baş idarəsində xidmət rəhbərliyi tərəfindən yürüş iştirakçılarının yola salınma mərasimi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin müəyyən etdiyi yürüş qrafikinə əsasən iştirakçılar Quba rayonu Xınalıq kəndindən Qızılqaya massivində yerləşən "Heydər Əliyev" zirvəsi istiqaməti üzrə mayın 6-7-də yürüşü həyata keçiriblər. Yürüşdə müvəffəqiyyətlə iştirak edən Penitensiar xidmət əməkdaşları ümummilli liderin ruhuna hörmət əlaməti olaraq zirvəyə Azərbaycan Respublikasının dövlət bayrağını sancıb və Ədliyyə nazirliyinin kollektivi adından ulu öndərin zirvədəki büstü qarşısına əklil qoyublar.

Mayın 8-də ədliyyə nazirinin müvini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev yürüşdə iştirak edən əməkdaşları qəbul edərək yürüşü müvəffəqiyyətlə başa vurmaları münasibətilə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından onları təbrik edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.