ARDNŞ Gürcüstanda növbəti qazdoldurma məntəqəsini istismara verib
08 may, 2013 20:55
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Tbilisidə SOCAR brendi altında yeni qazdoldurma məntəqəsini istismara verib. Bu barədə çərşənbə günü ARDNŞ-nin yaydığı məlumatda deyilir.
Məlumata görə, hazırda Gürcüstanda ARDNŞ-nin yanacaqdoldurma məntəqələrinin ümumi sayı 105 ədəd təşkil edir.