Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi gənclərin təmsil olunduğu müxtəlif təşkilatların və fərdi şəxslərin dəstəyi ilə "Mən Qarabağam!" layihəsinə start verib.
Birlikdən verilən məlumata görə, layihə çərçivəsində hazırlanmış və tarixi Azərbaycan torpaqlarının işğalı faktını əks etdirən, xarici vətəndaşların dilindən səsləndirilən videoçarxlar nümayiş etdirilib və bu videoçarxlar internetdə yayımlanıb (http://www.youtube.com/watch?v=otK_yrBa_ZI&feature=youtu.be,https://www.youtube.com/watch?v=09f_gzVh9H4).
Bu layihənin birinci videoçarxı Şuşaya həsr edilib. "Mən Şuşayam!" videoçarxında 20-dən artıq ölkədə çəkilmiş videolar nümayiş etdirilir.
Şuşanın ermənilər tərəfindən işğal olunmasının 21-ci ildönümü ilə əlaqədar olaraq hazırlanan ilk layihə davamlı olaraq digər rayonlarımızın işğal günlərində də həyata keçiriləcək.