Xəbərlər

Bakıda qanunsuz reklam yayımı ilə məşğul olan şəxs barəsində iş qaldırılıb
08 may, 2013 20:51

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. ilə S.Əsgərova küçəsinin kəsişməsində yerləşən fiziki şəxs Qəşəm Süleymanova məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, mağazanın giriş hissəsində "Ən son modellər, endirim qiymətlərlə, koftalar, çantalar", "Koftalar 5 AZN", "Çantalar 5 AZN", "Koftalar 3-5-7 AZN", "Ayaqqabılar 5-7-15 AZN", "Çantalar 5-10 AZN", "Son modellər endirim qiymətlərlə", "Ən ucuz qiymətlər" yazılmış reklamlar yayımlansa da, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların ən son modellər və qiymətinin isə ən ucuz olmadığı, habelə mağazada adıçəkilən malların satışda olan qiymətlərinin reklamda göstərilən qiymətlərdən fərqli və daha yüksək olduğu müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən fiziki şəxs Qəşəm Süleymanova qanunsuz reklamların yayımının dayandırılması barədə göstəriş verilmiş və fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.