Xəbərlər

Azərbaycanda Dövlət Enerji Nəzarət İdarəsinin vəzifləri dəqiqləşdirilib
08 may, 2013 13:46

 

Sənaye və Energetika Nazirliyi balansında olan Dövlət Enerji Nəzarət İdarəsinin vəzifələrini dəqiqləşdirib.Bu barədə çərşənbə günü Ədliyyə Nazirliyinin saytına istinadən məlumat verir.

Nazirliyin təsdiq etdiyi yeni əsasnaməyə əsasən, Dövlət Enerji Nəzarət İdarəsi dövlət enerji nəzarətini həyata keçirən orqandır və əsas vəzifəsi elektrik və istilik enerjisinin istehsalı,ötürülməsi, paylanması, satılması və istehlakında, elektrik və istilik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində enerji resurslarından səmərəli istifadə olunmasında təhlükəsiz və dayanıqlı istismarın təmin edilməsində, Azərbaycan Respublikası qanunlarının, elektrik və istilik enerjisindən istifadə, elektrik qurğularının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və müvafiq sahədə digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etməkdir.

Əsasnaməsinə əsasən, idarə subyektlər tərəfindən enerji resurslarından səmərəli istifadənin, təhlükəsiz və dayanıqlı istismarın təmin edilməsinə nəzarət edir, elektrik və istilik enerjisindən istifadə, elektrik və istilik qurğularının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə araşdırmalar aparır və aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görür.

Əsasnamənin mətni Ədliyyə Nazirliyinin normativ-hüquqi aktlarının reyestrində dərc edilib. Sənəd 2013-cü il mayın 4-dən qüvvəyə minir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.