“Çelsi” ilə Joze Mourinyonun arasında danışıqlar dalana dirənib
08 may, 2013 13:44
Londonun "Çelsi" klubunun sahibi Roman Abramoviç və Madridin "Real" klubunun hazırkı baş məşqçisi Joze Mourinyo arasında danışıqlar dalana dirənib. Bu barədə çərşənbə günü Britaniyanın "Times" nəşri məlumat yayıb.
Məsələ burasındadır ki, İngiltərə klubu 2016-cı ildə başa çatacaq müqavilənin vaxtından əvvəl pozulmasına görə "Real" klubuna 25 milyon funt sterlinq həcmində kompensasiya ödəməlidir. "Çelsi" rəhbərliyi isə bu miqdarda məbləği ödəməyə hazır deyil.
Daha əvvəl KİV-də portuqaliyalı mütəxəssisin "Çelsi" ilə razılıq əldə etməsi barədə məlumatlar yayılmışdı.