Xəbərlər

Azərbaycan velosiped idmanının inkişafı üçün maddi-texniki bazanı gücləndirəcək
05 may, 2013 23:24

 

Yaxın gələcəkdə Azərbaycanda velosiped idmanının inkişafı üçün məktəb və klubların yaradılması nəzərdə tutulur. Bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turunun yekunlarına həsr olunmuş mətbuat kofransında deyib.

Ələkbərovun sözlərinə görə, artıq cari ilin sonuna ölkədə bu sahədə aparılmış işlər üzrə müəyyən nəticələr əldə ediləcək və gələn ilin əvvəlindən etibarən Azərbaycan öz yığma komandası ilə beynəlxalq velosiped turnirlərində təmsil oluna biləcək.

"Tələsmək lazım deyil, belə ki, vaxtından əvvəl verilmiş qərarlar bizim üçün problemlər yarada bilər", - o deyib.

Federasiyanın vitse-prezidenti hesab edir ki, ilk növbədə, bu idman növünün inkişafı üçün maddi-texniki baza yaratmaq lazımdır. Xüsusilə də yol infrastrukturu yaratmaq və velotrekin yenidən qurulması üzrə işləri başa çatdırmaq lazımdır.

"Ölkədə yeni velodromun tikiləcəyi yeni velopark yaradılıb. Velodromun tikinti layihəsi artıq hazırdır. Düşünürəm ki, maddi-texniki bazanın yaradılması ilə velosipedçilərin sayı artacaq", - Ələkbərov deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.