Xəbərlər

İqtisadi inkişaf naziri Samuxda vətəndaşları qəbul edib
05 may, 2013 23:19

 

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev mayın 4-də Samuxda Goranboy, Göygöl, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, qəbula gələnlər, əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir sıra müraciətlər üzrə məsələlər yerindəcə həll edilib. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, iqtisadi inkişaf nazirinin Samuxda vətəndaşları qəbul edəcəyi barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumatlar verilmiş, bu məlumatlarda qəbulun təşkilinə dair əlaqə vasitələri göstərilmişdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.