Xəbərlər

Səfir: Azərbaycan və İranda cinayət törədənlərin saxlanılması təbii haldır
03 may, 2013 21:57

 

Azərbaycan və İranda cinayət törədənlərin saxlanılması təbii haldır, ancaq bu, iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirə bilməz. Bunu  açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu ölkədə saxlanılan Azərbaycan vətəndaşı, AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidlə bağlı suala cavab verərkən deyib.

Səfir qeyd edib ki, Azərbaycan və İran qonşu və dost ölkələrdir, iki ölkə arasında gediş-gəliş çoxdur və bu qədər gediş-gəlişin olduğu bir vaxtda bir neçə nəfərin qanunsuz hərəkət etməsi normaldır.

"Necə ki, hazırda Azərbaycanda 170 iranlı məhbus var, onların içərisində vəkil, elm adamları da var. İranda saxlanılan şəxsin elm adamı kimi şişirdilməsi düzgün deyil. Çox sevindirici haldır ki, AMEA-nın özü açıqlama verib ki, həmin şəxsi İrana göndərməyiblər. Arxayın ola bilərsiniz ki, İranda heç bir qonaq, heç bir vətəndaş səbəbsiz saxlanıla bilməz", - səfir bildirib.

Diplomatın sözlərinə görə, hər iki ölkənin rəhbərliyi bu cür halların ölkələrimiz arasındakı münasibətlərə mənfi təsir göstərməməsi üçün siyasi iradə nümayiş etdirirlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.