Xəbərlər

Şahin Mustafayev Avropa komissarı ilə görüşüb
03 may, 2013 21:56

 

Bu gün iqtisadi inkişaf naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Mustafayev Azərbaycanda Avropa İttifaqı ilə əlaqələrin genişlənməsinə böyük önəm verildiyini, ölkəmizin Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını qeyd edib, 1992-ci ildən başlanan Azərbaycan-Avropa İttifaqı əlaqələrinin tərəflər arasında imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planı və enerji üzrə strateji əməkdaşlığa dair anlaşma memorandumu, "Şərq Tərəfdaşlığı Bəyannaməsi" ilə daha da inkişaf etdiyini vurğulayıb.

Hazırda Azərbaycanla Avropa İttifaqı arasında assosiasiya, viza sadələşdirilməsi, readmissiya və vahid aviasiya məkanına dair sazişlərlə bağlı müzakirələr aparılır. Nazir Azərbaycanın sosial-iqtisadi inkişafına, ölkəmizin regiondakı roluna dair məlumat verib, Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdıraraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi təhdid olduğunu qeyd edib.

Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrə və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.