Xəbərlər

Azərbaycan heyvandarlıq kompleksinin yaradılmasında Belarus təcrübəsindən istifadə etmək niyyətindədir
03 may, 2013 21:54

 

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviçlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən  verilən məlumata görə, görüşün məqsədi Belarus təcrübəsindən istifadə etməklə Azərbaycanda südlük-maldarlıq istiqamətində heyvandarlıq təsərrüfatlarının yaradılması, eyni zamanda, Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeddinci iclas prokolunun müvafiq bəndlərinin icrasından irəli gələn məsələlərin müzakirəsi olub.

Nazir görüşdə bildirib ki, respublikada mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, o cümlədən heyvandarlıqda süni mayalanmanın öyrənilməsi istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, "Aqrolizinq" ASC-nin xətti ilə hər il respublikaya yeni cins mal-qaranın gətirilməsi nəticəsində ət və süd istehsalı ilbəil artır. Heyvandarlıq sahəsində Belarus təcrübəsindən istifadə etməklə ölkəmizdə yaradılması nəzərdə tutulan heyvandarlıq kompleksi bu sahənin inkişafına öz töhfəsini verəcək.

Görüşdə bu təsərrüfatın yaradılması istiqamətində nəzərdə tutulan məsələlərin müzakirə edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin 2012-ci ildə Belarusa, Belarus Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin isə 2013-cü ildə Azərbaycana səfərlərinin nəticələri müzakirə olunub.

Səfir iki ölkə arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsigəməyəcəyini bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.