Xəbərlər

Ağsu və Şamaxı rayonlarının daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib
02 may, 2013 19:08

 

Bu gün Ağsu rayonunun Ərəbuşağı və Elabad kəndlərinə, eləcə də Şamaxı rayonunun Çarhan kəndinə təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib.

ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Ağsu rayonunun 308 abonenti olan Ərəbuşağı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 800 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 308 ədəd smart-kart tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb.

104 abonenti olan Elabad kəndinin qazlaşdırılması üçün isə ikipilləli sistem əsasında ümumi uzunluğu 7800 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 1 ədəd qaztənzimləyici şkaf, 104 ədəd smart-kart tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Şamaxı rayonunun Çarhan kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə qeyd edilib ki, 411 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 330 metr olan müxtəlif diametrli metal borulardan istifadə edilib, 411 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.