Xəbərlər

Azərbaycan ilə Aİ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
02 may, 2013 19:07

 

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Avropa Komissiyasının Qonşuluq Direktorluğunun direktoru Mihel Kölerlə görüşüb. Görüşün məqsədi Avropa İttifaqının (Aİ) büdcəyə dəstək proqramının icrasının və əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyindən  verilən məlumata görə, görüşdə Abasov qeyd edib ki, ölkədə kənd təsərrüfatı dinamik inkişaf edir, ötən il kənd təsərrüfatının artım tempi 6,2 faiz və bu ilin birinci rübündə isə 4,4 faiz təşkil edib.

Nazir kənd təsərrüfatının inkişafında beynəlxalq qurumların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), IFAD-ın, Dünya Bankının, Avropa İttifaqı tərəfindən həyata keçirilən layihələrin bu inkişafa böyük təsir göstərdiyini xüsusilə vurğulayıb.

Görüşdə Avropa İttifaqının büdcəyə dəstək proqramı çərçivəsində baytarlıq sahəsində nəzərdə tutulan layihələrin, o cümlədən baytarlıq qanunvericiliyinin təkmilləşdirilməsi, özəl baytarlıq məntəqələrinin yaranması, kəsim meydançalarının yaranmasına dəstək və digər layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunub. Nazir İsmət Abasov bu layihələrin səmərəli şəkildə icra olunmasının baytarlıq sahəsinin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Avropa Komissiyasının Qonşuluq Direktorluğunun direktoru Mihel Köler kənd təsərrüfatının inkişafı məqsədilə Avropa İttifaqı tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası üçün lazımi dəstək göstəriləcəyinə əminliyini bildirib.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Avropa Komissiyasında Azərbaycan üzrə məsul işçi Federiko Birokki, Aİ-nin Azərbaycanda nümayəndəliyinin Əməliyyat bölməsinin rəhbəri Federiko Berna iştirak ediblər

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.