Xəbərlər

Azərbaycanda keçirilən beynəlxalq velosiped turunun II mərhələsinin qalibi müəyyənləşib
02 may, 2013 19:02

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun ikinci mərhələsi sona çatıb.

 Yarışın ikinci mərhələsi "Bakı - Qobustan - Samaxı - İsmayıllı" marşrutu üzrə baş tutub. Ümumillikdə 183 kilometr qət edən idmançılar sonda İsmayıllı Olimpiya Kompleksinin qarşısında finiş xəttini keçiblər.

Mərhələnin qalibi Türkiyənin "Torku Şəkərspor" komandasının velosipedçisi Sergey Qreçin olub.

İkinci yeri azərbaycanlı idmançı Aleksandr Surdukoviç ("Synergy Baku Cycling Project"), üçüncü yeri isə "Astana" komandasından olan Baxtiyar Kojatayev tutub.

Qeyd edək ki, "Tour d'Azerbaidjan" mayın 1-dən 5-dək davam edəcək. Turnirdə birincilik uğrunda 25 komanda, o cümlədən 17 kontinental, 2 klub, 6 yığma komanda mübarizə aparır. Azərbaycanı turnirdə "Synergy Baku Cycling Project" komandası təmsil edir.

Xatırladaq ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş velosiped turu 5 mərhələdən ibarət olmaqla Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ərazisində keçirilir. Tour d'Azerbaïdjan - UCI Europe Tour çərçivəsində 2.2. kateqoriyası üzrə velosiped yarışıdır.

Üçüncü mərhələ mayın 3-də "Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ" marşrutu üzrə (165 kilometr) keçiriləcək.

Dördüncü mərhələ mayın 4-də "Qəbələ - Şamaxı" marşrutunda davam edəcək. Velosipedçilər 116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

Beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək, Bakı şəhərinin mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.

 
 
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.