ABŞ-ın dövlət katibi Rusiyaya işgüzar səfər edəcək
30 aprel, 2013 22:47
ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya işgüzar səfər edəcək. RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu haqda Rusiyanın xarici işlər nazirliyi xəbər yayıb.
Məlumatda deyilir ki, əldə edilmiş razılaşmaya görə, səfər may ayının 7-8 tarixlərində baş tutacaq.
Səfər haqqında əlavə məlumat verilmir.
Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov aprelin 23-də Kerri ilə görüşüb. Bu Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərlərinin üçüncü görüşü olub.