Xəbərlər

Bakıda "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun açılış mərasimi olub
30 aprel, 2013 22:43

 

Bu gün Bakıda 1-5 may 2013-cü il tarixlərdə ölkəmizdə keçiriləcək "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun açılış mərasimi olub.

 Açılış mərasimində Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov, gənclər və idman naziri Azad Rəhimov və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

"Tour d'Azerbaidjan" - Azərbaycanın paytaxtı Bakı şəhərində start götürəcək və ölkənin yeddi rayonunun ərazisində keçiriləcək", - açılış mərasimində Fazil Məmmədov bildirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunub.

Turun açılışı və iştirakçı komandaların təqdimatı Dənizkənarı Milli Parkda keçirilib.

Velosiped turu may ayının 1-də Heydər Əliyev Mərkəzinin qarşısında start götürəcək, Heydər Əliyev Mərkəzi - metronun "Koroğlu" stansiyası - Heydər Əliyev Mərkəzi marşrutu üzrə 11 dəfə dövrə vurmaqla başa çatacaq. Marşrutun ümumi uzunluğu 157 km-dir.

Növbəti gün velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcək və 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər. May ayının 3-də yarış iştirakçıları Qəbələ şəhərindən start götürərək Oğuz rayonundan keçməklə Şəki şəhərinə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 kilometr) qayıdacaqlar.

May ayının 4-də tur iştirakçıları Qəbələdən start götürərək, İsmayıllı rayonundan keçməklə Şamaxı şəhərinə yollanacaqlar. İdmançılar 116 kilometr məsafə qət edib dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

146 kilometr uzunluğu olan son mərhələ Azadlıq meydanından başlayaraq, Bakı şəhərinin mərkəzi küçələri və prospektlərindən keçərək Hökumət Evinin qarşısında başa çatacaq.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.