Xəbərlər

Azərbaycan, Türkiyə və Gürcüstan NATO-ya Bakı-Tbilisi-Qars dəmiryolunu təklif edirlər
29 aprel, 2013 22:26

 

Türkiyə, Azərbaycan və Gürcüstan NATO-nun Əfqanıstandan yüklərin daşınması üçün Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə etməsini istəyirlər.  Bu barədə jurnalistlərə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze bildirib.

"Gürcüstan tərəfi ISAF və NATO-ya iki şey təklif edir. Birincisi, Gürcüstanın 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlarda iştirak etməsidir. Hərçənd missiya hələ müəyyən olunmayıb. Bununla yanaşı, biz Əfqanıstan təhlükəsizlik qüvvələrinin formalaşdırılmasına maliyyə vəsaiti ayırmağa hazır olduğumuzu bəyan edirik. İkincisi, biz 2014-cü ildən sonra Əfqanıstandan ən qısa, rahat və ucuz yol olan Bakı-Tbilisi-Qars dəmiryolunu təklif edirik", - Pancikidze deyib.

O qeyd edib ki, bu, üç ölkənin layihəsidir.

"Türkiyə və Azərbaycan da həmin yoldan istifadə edilməsində maraqlıdırlar. Biz ilk dəfə bu barədə əvvəl də bəyanat vermişdik. Biz sadəcə hər görüşdə bu məsələni qaldırmağa cəhd edirik. Biz ikitərəfli görüşlərdə də bunu edirik və bir sıra ölkələrin öz yüklərini özlərinin daşıyacağını da istisna etmirik. Bizə artıq bəzi ölkələrin belə maraqları məlumdur", - Mayya Pancikidze deyib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.