Xəbərlər

Azərbaycan ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası bu il Türkiyədə keçiriləcək
29 aprel, 2013 22:25

 

Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası bu il Türkiyədə keçiriləcək.  Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib.

Onun sözlərinə görə, hazırda iclasın tarixi dəqiqləşdirilir.

Türkiyə parlamentinə qondarma "erməni soyqırımı"na görə Ankaranın üzr istəməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi məsələsini şərh edən səfir qeyd edib ki, siyasi müstəviyə çıxarılan bu təşəbbüsün qəbul edilməsindən söhbət gedə bilməz.

"Sizə də aydın olduğu kimi, onlar xarici diasporları vasitəsilə dünya birliyinə təzyiq göstərməyi çalışırlar. Türkiyə cəmiyyəti açıq və demokratik bir cəmiyyətdir. Biz türk dünyasına belə bir ləkə yaxmağa imkan vermərik. Eyni zamanda, təsdiq edirik ki, Anadoluda o dövrdə baş vermiş hadisələr müzakirə oluna bilər. Bu müzakirə yalnız tarixçilər arasında aparıla bilər", - Coşqun deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycana bu məsələdə dəstək verdiyinə görə minnətdardır.

"Bakı və Ankara iki ölkə üçün belə vacib mövzular üzrə daim əməkdaşlıq edəcəklər", - səfir bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.