Xəbərlər

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ekoloji problemlərə dair müsabiqə keçirilib
29 aprel, 2013 22:18

 

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Ekologiya və Təbii Sərvətlər Nazirliyi və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ekoloji problemlərə dair müsabiqə keçirilib.

YAP Gənclər Birliyindən verilən məlumata görə, müsabiqədə tələbələr tərəfindən 200-dən artıq referat və elmi-iş təqdim olunub və münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. Yekun iclasda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, universitetin elm və innovasiya texnologiyaları üzrə prorektoru Əvəz Bayramov və YAP Gənclər Birliyinin sədri Seymur Orucov ekoloji problemlərin və onların həlli yollarının aktuallığı, flora və faunanın qorunması, ekoloji tarazlığın bərpa edilməsi, ekoloji mədəniyyət və maarifləndirmənin və bu sahədə gənclərin fəal iştirakının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə respublikamızda yaşıllaşdırma kampaniyası geniş vüsət alıb, 1998-ci ildə ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilib, 2000-ci ildə isə "Ətraf mühitin mühafizəsi" haqqında qanun qəbul edilib.

Çıxış edənlər xüsusi qeyd ediblər ki, bu gün ulu öndərimizin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmizin ekoloji problemləri həlli istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Son zamanlar çoxlu sayda yeni-yeni parkların, istirahət zonalarının yaradılması, abadlaşdırılması və əhalimizin ixtiyarına verilməsi buna əyani sübutdur.

Tədbirin sonunda qalib gələn tələbələrə müvafiq diplomlar və hədiyyələr təqdim edilib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.