Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi ilə bağlı Bakıda hərbi parad keçiriləcək
29 aprel, 2013 22:06

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi ilə bağlı Bakıda hərbi parad keçiriləcək. Bu barədə  müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, hərbi parad Silahlı Qüvvələrin yaranması günü baş tutacaq.

Nazir müavini paradda Silahlı Qüvvələrin hansı növ qoşunlarının şəxsi heyətinin və texnikanın iştirak edəcəyini açıqlamasa da, "bir sözlə parad möhtəşəm olacaq" - deyə əlavə edib.

Nazirlikdəki hərbi mənbələrdən isə  bildiriblər ki, hərbi paradda Silahlı Qüvvələrin bütün növ qoşunları və hərbi texnikası nümayiş etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Xatırladaq ki, Bakıda sonuncu hərbi parad 2011-ci il iyunun 26-da - Silahlı Qüvvələr Günü keçirilib.

 Hərbi paradda Silahlı Qüvvələrin 6 min nəfərlik şəxsi heyəti, 400-ə qədər hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-a yaxın silah, 14 zirehli transportyor, 35 döyüş vertolyotu, 22 döyüş, 8 təlim-məşq təyyarəsi, 28 gəmi, kater və digər növlər nümayiş etdirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.