Xəbərlər

Azərbaycan ilə Qazaxıstan arasında dövlət qulluğu məsələləri üzrə anlaşma memorandumu imzalanacaq
26 aprel, 2013 21:03

 

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Alixan Baymenovla görüşüb.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Bəhram Xəlilov bildirib ki, iki dövlət arasında bütün sahələr üzrə, o cümlədən dövlət qulluğu sahəsində əlaqələr yüksək templə inkişaf edir.

O, Azərbaycanda dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq prinsipləri əsasında həyata keçirildiyini, dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluqçularının reyestrinin aparılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı qonaqlara geniş məlumat verib. Dövlət qulluğu ilə bağlı həyata keçirilən islahatlar, qarşıda duran məqsəd və vəzifələrdən bəhs edən Xəlilov qeyd edib ki, ölkəmizdə yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi və onların dövlət qulluğuna cəlb edilməsi məqsədilə bir sıra işlər həyata keçirilir. Sonra Qazaxıstanın dövlət qulluğu sahəsində böyük təcrübəyə malik olduğunu bildirən Komissiya sədri bu sahədə iki dövlət orqanı arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini bildirib.

Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Alixan Baymenov Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayaraq vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini yüksək qiymətləndirib, eyni zamanda, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qonaq Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını qeyd edib.

Görüş zamanı, həmçinin anlaşma memorandumunun imzalanması ilə əlaqədar müzakirələr də aparılıb. Tərəflər vurğulayıblar ki, imzalanacaq memorandum hər iki ölkənin müvafiq qurumlarının əməkdaşları arasında təcrübə mübadiləsinin aparılmasına, müxtəlif tədbirlərin keçirilməsinə geniş imkan yaradacaq.

Görüşdən sonra Komissiyanın əməkdaşları qonaqlar üçün "Azərbaycanda dövlət qulluğuna e-qəbul sistemi", "Azərbaycanda dövlət qulluğu və dövlət idarəçiliyi sistemləri" mövzularında təqdimatlar ediblər.

Daha sonra Baymenov Azərbaycanda yeni yaranmış Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Agentlikdə və 1 saylı "ASAN xidmət" mərkəzində olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.