Xəbərlər

Azərbaycan ilə Rumıniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var
26 aprel, 2013 21:02

 

Aprelin 26-da Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizə səfərə gəlmiş Rumıniyanın xarici işlər naziri Titus Korlateanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğu bildirilməklə, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib.

Söhbət zamanı görülən işlər və perspektivlər müzakirə edilməklə, energetika, kənd təsərrüfatı, maşınqayırma, ticarət, turizm və başqa sahələrdə, habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağı nəzərə çatdırılıb.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə bəzi beynəlxalq qurumların problemə ikili standartla yanaşdığını xatırladıb və məsələnin beynəlxalq hüquq normaları çərçivəsində, respublikamızın ərazi bütövlüyünün təmin olunması şərtləri ilə həllinə alternativ olmadığını vurğulayıb.

Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.