Xəbərlər

İlham Əliyev Rumıniyanın xarici işlər nazirini qəbul edib
25 aprel, 2013 22:20

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Rumıniyanın xarici işlər naziri Titus Korlateanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm hüquqi bazanın mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında imzalanmış sənədin önəmini xüsusi vurğuladı. Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin əsl dostluq və strateji tərəfdaşlıq münasibətləri olduğunu deyən dövlətimizin başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Rumıniyanın xarici işlər naziri Titus Korlateanın Azərbaycana bu səfərinin ikitərəfli və regional əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.

Titus Korlatea Rumıniya Prezidenti Trayan Baseskunun və Baş nazir Viktor Pontanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığı bütün sahələrdə daha da genişləndirməkdə maraqlı olduğunu dedi.

Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Trayan Baseskunun və Baş nazir Viktor Pontanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rumıniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.