İran əhalisi sürətlə qocalır
25 aprel, 2013 22:14
İran əhalisi sürətlə qocalır və əhalinin sayı 2101-ci ilə kəskin azala bilər. IRNA agentliyinə istinadən məlumat verir ki, bu barədə cümə axşamı İran səhiyyə nazirinin müavini Fatimə Rəhşani bildirib.
O vurğulayıb ki, yaxın 10 il ərzində hər 10 İran ailəsində 60 yaşdan yuxarı 7 nəfər olacaq.
"Əgər bu tendensiya davam etsə, o zaman 2101-ci ilə İran əhalisinin sayı 62 milyon nəfərə qədər azala bilər", - nazir müavini deyib.