Xəbərlər

Qırğızıstan və Azərbaycan Bişkek-Bakı-İstanbul aviareysinin açılmasını müzakirə ediblər
25 aprel, 2013 22:11

 

Qırğızıstanın Baş naziri Jantoro Satıbaldiyev və Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucov ikitərəfli əməkdaşlığın cari inkişafını müzakirə ediblər. Cümə axşamı "KirTAQ"a istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti xəbər verir.

Orucovu səfir təyin edilməsi münasibətilə təbrik edən Satıbaldiyev əmin olduğunu bildirib ki, səfir iki ölkə arasında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün hər cür səy göstərəcək.

Tərəflər görüşdə, həmçinin ikitərəfli əməkdaşlığı genişləndirmək və dərinləşdirməyə imkan verəcək bir sıra məsələləri müzakirə ediblər. Xüsusilə, söhbət bu il Qırğızıstan-Azərbaycan biznes forumunun keçirilməsi və İstanbul-Bakı-Bişkek - Bişkek-Bakı-İstanbul aviareysinin açılmasından gedir.

Səfir qeyd edib ki, tanınmış yazıçı Çingiz Aytmatovun 85 illik yubileyinin Azərbaycanda dövlət səviyyəsində keçirilməsi üçün hazırlıq işləri aparılır.

Orucov, həmçinin Satıbaldiyevi uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.