Xəbərlər

Azərbaycan İƏT ölkələri ilə əmək və məşğulluq sahəsində əməkdaşlığı genişləndirir
25 aprel, 2013 22:09

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov cümə axşamı İndoneziyanın işçi qüvvəsi naziri Muhamin İsgəndər, Bruneyin daxili işlər naziri Pexin Dato Ustaz Hacı, Mavritaniyanın ictimai xidmət, əmək və idarəetmənin modernləşdirməsi naziri Amati bint Hamadi ilə görüşlər keçirib.

 Görüşlər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin ikinci iclası çərçivəsində keçirilib.

İkitərəfli görüşlərin iştirakçıları Azərbaycanda əmək və məşğulluq sahəsində İƏT strukturunun yaradılması ideyasını dəstəkləyiblər. Mənzil-qərargahı Azərbaycan paytaxtında yerləşəcək yeni təşkilatın yaradılması haqqında razılaşma İƏT-in baş katibi Ekməllədin İhsanoğlunun Bakıda keçirdiyi görüşlər zamanı əldə olunub.

Yeni struktur vahid peşəkar standartların, əmək təhlükəsizliyi standartlarının hazırlanması, əmək şəraitinə riayət edilməsi, əlillik üzrə müavinətlərin təyini məsələləri ilə məşğul olacaq. Təşkilatın konvensiyası qəbul ediləcək. Konvensiyaya İslam dünyasının bütün ölkələri qoşulacaq. Hələlik təşkilatın adı müəyyənləşdirilməyib, lakin struktur Azərbaycanın yaxın iki ildə İƏT-in Əmək və sosial müdafiə məsələləri komitəsində sədrliyi dövründə yaradılacaq.

Əmək nazirlərinin görüşü zamanı tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsi imkanını da müzakirə ediblər.

İkitərəfli görüşlər cümə günü də davam edəcək: Ələkbərov Əfqanıstan, Qviney və Fələstinin əmək nazirləri ilə görüşəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.